Huawei şirkəti Böyük Britaniyada EE rabitə operatorunun dünyanın ən sürətli 4G (LTE-A) şəbəkəsinin işə salınması üzrə tərəfdaşı rolunda çıxış edib. Hazırda bu xidmət növündən Londonun Tech City Yüksək Texnologiyalar Parkında istifadə etmək mümkündür. 2014-cü ildə xidmətin bütün London ərazisini əhatə etməsi nəzərdə tutulur. Genişzolaqlı mobil rabitənin sürəti 300 Mbit/saniyəyədək təşkil edəcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, şəbəkənin sürəti və imkanlarını gələcək nəsil simsiz mobil rabitə şəbəkələrinə sürəti ən müasir LTE şəbəkələri ilə müqayisədə təxminən iki dəfə artırmağa imkan verən tezlik daşıyıcılarının birləşməsi texnologiyası (Carrier Aggregation, CA) təmin edir, - Huaweiin məlumatında deyilir. EE dekabrda şəbəkənin rəsmi sınaqlarına başlamaqla Tech City ərazisində yerləşən ofislərə mobil Wi-Fi təqdim edəcək.
Tezlik daşıyıcılarının birləşməsi texnologiyası yüksəksürətli genişzolaqlı xidmətlərin yeni səviyyədə inkişafını təmin edərək operatorlara tezlik resurslarını optimallaşdırmağa və məlumatların bir neçə daşıyıcı tezliyində ötürülməsi ilə sürəti xeyli artırmağa imkan verir.
Mənbə: Milli.Az