Hyundai şirkətinin tərəf-müqabili olan EGR Group tüninq emalatxanasının SEMA 2013 sərgisində Veloster eksklüziv hetçbekini təqdim etdi.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, adi seriya avtomobilindən əsl eksklüziv almaq üçün EGR dizaynerləri təcavüzkar bodi-kit və onunla birlikdə kuzovun rənglənməsinin xüsusi variantını hazırlayıblar. Ancaq bununla da avtomobilin tamamlama işi bitməyib və EGR Night Racer iri təkərlər dəsti, yenidən qurulmuş asqı, gücləndirilmiş güc aqreqatı və yenilənmiş daxili tərtibat da əldə edib.
Mənbə: Milli.Az