Qadin.NET / Avropa çempionatında 3 gümüş, 1 bürünc medal

Avropa çempionatında 3 gümüş, 1 bürünc medal

 

 

Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, milli komandamız yarışda 3 gümüş və 1 bürünc medala sahib olub.

Finala vəsiqə qazanmış hər 3 boksçumuz həlledici görüşdə rusiyalı rəqiblərinə uduzub. Rüfət Hüseynov (46 kq) Maqomed Maqomedbekova, Tayfur Əliyev (52 kq) Tamerlan Xanqişiyevə, Hüseyn Tarverdili isə (70 kq) Vladimir Xarçenkoya məğlub olub. Ümüd Hüseynov (50 kq) isə yarımfinalda mübarizəni dayandıraraq, bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Mehman Mürsəlov təmsil edib. 

Mənbə: Lent.Az

16 noyabr 2013
GO BACK