Qadin.NET / Çin təkuşaqlılıqdan imtina edir

Çin təkuşaqlılıqdan imtina edir

 

Çin təkuşaqlılıqdan imtina edir

 

Çin Kommunist Partiyası 2020-ci ilədək sosial-iqtisadi sahədə görəcəyi işlərin «yol xəritəsini» açıqlayıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Yeni vədlər yalnız iqtisadi sahəni əhatə etməyəcək. Bu, ailə siyasətinə, əmək düşərgələrinə və ölüm hökmünə də təsir göstərəcək.

Hakimiyyət özəl sərmayənin həcminin artırılmasının vacibliyini etiraf etdiyindən «qarışıq mülkiyyət haqqı» əsasında yeni iqtisadi siyasət yürüdüləcək.

Dövlət müəssislərinin inhisarı ləğv ediləcək. Onun funksiyası dəqiq müəyyənləşdiriləcək. Energetika və ya mineralların hasili kimi sahələrdəki təbii inhisarçılığı dövlət davamlı olaraq, nəzarətdə saxlayacaq.

Kommunist Partiyasının 4 gün sürən toplantısında ailə siyasətinə də dəyişiklik edilib.

1979-cu ildən bəri əhalinin sürətlə artımının qarşısını alınması məqsədi ilə «Bir ailə - bir uşaq» prinsipinin yumşaldılmasının hakimiyyət boyun olub. Bu istiqamətdə aparılacaq islahata əsasən, ata-ana öz ailəsinin tək uşağıdırsa, o zaman onlara ikinci uşağı dünyaya gətirməyə icazə verilir.

Xatırladaq ki, partiyanın indiki 18-ci çağırış plenumunu 1978-ci ildə ölkəyə rəhbərlik etmiş Den Syaopinin islahatları və aşkarlığına oxşardırlar.

Bu plenum tam gizli şəraitdə keçib və «islahatların hərtərəfli dərinləşdirilməsi haqda» qərar qəbul edib.

Mənbə: Lent.Az

16 noyabr 2013
GO BACK