Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az Anspress-ə istinadən iyulun 10-da baş verən əlamətdar hadisələrə nəzər salır

Miladi: 16 noyabr 2013
Hicri: 12 Məhərrəm 1435
İlin 320-ci günü
İlin sonuna 45 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.13
Günəş - 07.26
Zöhr - 12.29
Əsr - 15.27
Məğrib – 17.39
İşa – 18.58
1808 - Osmanlı hökmdarı IV Mustava vəfat edib. 
1869 - Süveyş kanalı formal olaraq açılmışdır.
1918 - Macarıstan müstəqilliyini elan etmişdir.
1918 - Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşmüşdür.
1920 - Stalin Leninə teleqramında “Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək” - deyə xəbərdarlıq etmişdir.
1921 - Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib.
1933 - Amerika Birləşmiş Ştatları ilə SSRİ diplomatik əaqələr qurmuşdur.
1938 - Azərbaycanlı aktyor Abbas Mirzə Şərifzadə vəfat edib. 
1945 - Amerisium (atom nömrəsi 95) və kürium (96) kimyəvi elementlərinin alınması rəsmən elan edilib.
1945 - YUNESKO təsis edilmişdir.
1988 - Estoniya SSR Ali Soveti ölkənin suverenliyi haqda qərar qəbul etmişdir.
1994 - Azərbaycan Respublikası ilə Əfqanıstan arasınfa diplomatik əlaqələr qurulmuşdur.
2000 - Kürd əsilli Türkiyə musiqiçisi Əhməd Qaya Fransada vəfat edib.
Mənbə: Milli.Az

16 noyabr 2013
GO BACK