Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 0-5°, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 10-16° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında yağış yağacağı, sulu qara, qara keçəcəyi ehtimal olunur. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 2-7°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacaq, günün ikinci yarısında tədricən kəsiləcək. Temperaturun gecə 5-10°, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Temperatur gecə 6-10°, gündüz 12-14° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Mənbə: Milli.Az