Qadin.NET / Boksçumuz erməni rəqibini əzərək finala çıxdı

Boksçumuz erməni rəqibini əzərək finala çıxdı

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində azərbaycanlı boksçu yarımfinal mərhələsində erməni rəqibini məğlub edərək finala yüksəlib.Trend-in məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu Hüseyn Tarverdili 1/2 finalda Vardan Kosyanla üz-üzə gəlib. Azərbaycan boksçusu erməni rəqibini 30:28 hesabı ilə məğlub edib. Qeyd edək ki, bundan əvvəl 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanmışdı - 3:0. Xatırladaq ki, digər 3 idmançımız da yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Mənbə: Milli.Az
15 noyabr 2013
GO BACK