47 yaşlı italyan ofisiant Sergio Vulkano ölkədə məşhurlaşıb. Səbəb isə onun "Napoli" klubunun baş məşqçisi Rafael Benitesə bənzəməsidir.Milli.Az 101greatgoals.com-a istinadən bildirir ki, Vulkano Napolidəki meksikan restoranında çalışır."Benitesə çox bənzədiyimi bilirəm. O, "Napoli"yə baş məşqçi təyin olunandan sonra imza paylamağa, müştərilərlə şəkil çəkdirməyə başladım. Bəziləri bizi səhv salırlar. Bir dəfə evə qayıdanda hətta polis mənə "Uğurlar, cənab Benites" də dedi", - Sergio Vulkano gülərək söyləyib.
Mənbə: Milli.Az