Qadin.NET / Virtual etika: özümüzü şəbəkədə necə aparırıq?

Virtual etika: özümüzü şəbəkədə necə aparırıq?

 

 

Yaşadığımız dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsidir. Milli.Az Day.Az saytına istinadən bildirir ki, "Feysdə varsan?" sualı da indi tanışlığın ilk suallarından biri sayılır. Sosial şəbəkələrdə şərhlər yazırıq, dostların hansı statusu və ya şəkli bəyəndiyinə baxırıq. Ən kiçik anlaşılmazlığa görə küsənlər də olur, hətta sosial şəbəkədəki statusa görə dava salanlar da. Bəzən dostlar bir-birlərinə "Necəsən, yetim?" və ya "Necəsən, brat?" kimi suallar verirlər. Xanımlar isə əks cinsin nümayəndələri ilə söhbət zamanı özlərini çox sərbəst aparırlar. Sanki iki oğlan dost danışır. Ancaq qadın virtualda olsa da qadın olaraq qalır. Bəs siz necə düşünürsünüz? Şəbəkənin xüsusi etik davranış qaydaları olmalıdırmı? Bir-birlərini yalnız virtual olaraq tanıyanlar arasında sirr olmalıdırmı? Danışmaq istəmədiniyiniz şəbəkə istifadəçisini xətrinə dəymədən necə aralaşdırmaq olar? Fikirlərinizi gözləyirik, əziz oxucular.

Mənbə: Milli.Az

15 noyabr 2013
GO BACK