1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası prezidentinin adına yazılmış ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
- 4 ədəd fotoşəkil (3x4 sm);
- yaşayış yerindən ailə tərkibi haqqında arayış;
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd (110 manat);
- Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
- Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.);
- elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti. Vətəndaşlığı qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir. Bütün sənədlər təqdim edildikdən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır və nəticələri barəsində müraciət etmiş şəxslərə yazılı məlumat verilir. Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərir. MTN-ə və DİN-ə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Prezident Administrasiyasına göndərir. Həmin komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikası prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu barəsində müvafiq sərəncam verilir.
Mənbə: Media.Forum