Qadin.NET / Ən isti ili yola salırıq

Ən isti ili yola salırıq

2013-cü il tarix boyu ən isti illərdən biri olub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Ümumdünya Meteorologiya Təşkilatı belə bir məlumat yayıb. İlin ilk 1850-ci ildən etibarən tərtib olunan qiymətləndirmə cədvəlinə görə 2013-cü il ən isti illər arasında 7-ci yeri tutub. Hazırda yerin və okeanın orta temperaturu 0,48 dərəcə selsidir. Bu rəqəm 1961-1990-cı illər arasındakı göstəricidən çoxdur. Qlobal istiləşmənin nəticəsi olan bu hadisə Filippində "Hayyan" qasırğası kimi təbii fəlakətlərə səbəb olub. Bundan başqa, Avstraliyada anomal istilər, Sudandan Avropaya qədər daşqınlar müşahidə olunub. 

Mənbə:Milli.Az

15 noyabr 2013
GO BACK