Rusiyanın Perm vilayətindəki Orda gölünün altında ecazkar aləm varmış. Milli.Az AHT-yə istinadən bildirir ki, fotoqraf-speleoloq Viktor Lyaquşkinin rəhbərlik etdiyi ekspedisiya gölün dərinliklərinə enərək sualtı mağaraları araşdırıb."Orada suyun şəffaflığı, təmizliyi fantastikdir. Təsəvvür edin ki, 45 metr irəlini asanlıqla görürdük. Bu fotoları da çəkdik ki, Ordanın altındakı möhtəşəm aləmi hamı görsün", - V.Lyaquşkin söyləyib.
Mənbə: Milli.Az