Bakı bulvarı qış “don”unu geyinir. Milli.Az-ın məlumatına görə, sərt şaxtalardan qorumaq üçün bulvardakı kaktuslar xüsusi örtüyə bürünür. Kaktusların soyuqdan qorunması üçün hazırlanmış örtüklərin dəmir çərçivələri artıq qurulub.Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-a açıqlamasında bildirdi ki, hər il olduğu kimi, bu il də bulvar ərazisində soyuğa davamlı olmayan ağacları mühafizə etmək üçün xarici ölkədən gətirilmiş xüsusi örtüklərdən istifadə olunacaq.Rəis müavininin sözlərinə görə, hazırda ağacların qorunması üçün hazırlıq işləri aparılır. Kaktusların üzərində xüsusi örtükləri bağlamaq üçün düzəldilmiş dəmir konstruksiya quraşdırılır.Qeyd edək ki, ötən il də xüsusi parçalardan hazırlanmış örtüklər ağacların soyuqdan qorunması üçün istifadə olunub. Əsasən palma, baobab və kaktus ağacları qışda örtüklə bağlanmışdı.
Mənbə: Milli.Az