
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Temperaturun gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Temperaturun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 5-10°, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı ehtimal olunur. Temperaturun gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər dağlarda duman olacağı, axşam isə yağış yağacağı gözlənilir. Temperatur gecə 9-12°, gündüz 15-19° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
Tibbi-meteoroloji proqnoz Noyabrın 15-i axşama doğru və 16-da günün ikinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi, güclü xəzri küləyi və temperaturun 5-7° aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Mənbə: Milli.Az