Qadin.NET / Azərbaycanda Diaqnostika Mərkəzi böyrək transplantasiyası üzrə ilk əməliyyat keçirib

Azərbaycanda Diaqnostika Mərkəzi böyrək transplantasiyası üzrə ilk əməliyyat keçirib

 

Azərbaycanda Diaqnostika Mərkəzi böyrək transplantasiyası üzrə ilk əməliyyat keçirib
Azərbaycanda Respublika Diaqnostika Mərkəzində böyrək transplantasiyası üzrə ilk əməliyyat aparılıb. Bu cərrahiyyə müdaxiləsi dünya cərrahiyyə təcrübəsində artıq nadir hal hesab edilməsə də, hazırda yüksək risk manipulyasiyaları sırasına aiddir.Mərkəzdən Trend-ə verilən məlumata görə, çətinlik ya öz böyrəyini verməyə hazır donorun, yaxud da donor potensialını müəyyənləşdirən bütün parametrlər üzrə müavfiq donorun olmaması ilə əlaqədardır: "Çərşənbə günü Mərkəzə xroniki böyrək çatışmazlığının terminal (yekun) mərhələsi diaqnozu ilə 24 yaşlı qız daxil olub. Mərkəzin işçiləri dərhal pasiyenti əməliyyata hazırlamağa başlayıblar. Donorun olması vəziyyəti yüngülləşdirirdi. Donor qızın doğma atası idi".Mərkəzdən bildiriblər ki, böyrək transplantasiyası prosesi iki mərhələdən ibarət olub:"Birincisi, donordan böyrəyin alınması üzrə əməliyyat, ikincisi isə həmin böyrəyin xəstəyə köçürülməsi əməliyyatı. Hər bir əməliyyat təqribən 3 saat davam edib. Ümumilikdə həkimlər əməliyyat otağında 6 saat gərgin vaxt keçiriblər. Respublika Diaqnostika Mərkəzinin yüksəkixtisaslı həkimləri, ən son texnika ilə təchiz edilmiş əməliyyat otağı və birinci sinif reanimasiya mərkəzi sayəsində xəstənin bərpa prosesi çox sürətlə gedir".

Mənbə: Trend.Az

14 noyabr 2013
GO BACK