Öncə onların qanı yoxlanıb və həkimlər tərəfindən laboratoriyada müayinə olunub. Qanı 72%-dən az olan qadınlara və 78%-dən az olan kişilərə qan verməyə icazə verilməyib. Həmçinin zökəm və digər qanla keçən xəstəlik daşıyıcıları da qan verə bilməyiblər.
Qan vermək istəyən vətəndaşın yaşı 18-dən yuxarı olmalıdır. Həmçinin
63 yaşadək kişilər, 60 yaşadək qadınlar donor ola bilərlər.
Milli. Az Kanal S-ə istinadən xəbər verir ki, bu gün Şamaxıda Aşura günü münasibətilə qanvermə aksiyası keçirilib. İnsanlar könüllü şəkildə qan vermək üçün xəstəxanaya gediblər. Aksiyada 650 nəfərdən artıq şəxs iştrak edib.
Aşura günü ilə bağlı Şamaxının tarixi Cümə Məscidində səhər saatlarından izdiham yaşanıb. Kərbəla, eləcə də, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Oxunan xütbələrdə bu günün əhəmiyyətindən danışılıb və islamda zəncir vurmaq, qan tökmək kimi halların birmənalı olaraq qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə Aşura günü münasibətilə QMİ və Səhiyyə Nazirliyinin təşəbbüsü, Gəncə şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.Aksiyanın keçirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkənlərə yardım etmək olub. Hər il mütəmadi keçirilən xeyriyyə məqsədli analoji aksiyada şəhərin müxtəlif ali təhsil ocaqlarının müəllim-tələbə heyəti və digər müəssisə, təşkilat nümayəndələri iştirak edib. Bu vaxta olan məlumata görə tədbirdə 100-dən çox donor qan verib.
Donorların əvvəlcə qanları və sağlamlıq vəziyyəti müəyyən edilib. Səhhəti imkan verənlərin hər birindən 150-200 qram qan götürülüb. Məlumat üçün bildirək ki, aksiya saat 09:00-dan başlayıb və 18:00-a kimi davam edəcək. Qeyd edək ki, vətəndaşlar aksiya keçirilməyən vaxtlarda da, bütün iş günlərində qan vermək məqsədi ilə banka müraciət edə bilərlər.
Mənbə: Milli.Az