"Pink Star" adlı çəhrayı brilyant "Sotheby's" hərrac evinin İsveçrənin Cenevrə şəhərində keçirdiyi hərracda satılıb.Milli.Az Reuters-ə istinadən bildirir ki, brillant 76,3 milyon İsveçrə frankına (təqribən 83 milyon dollar) satın alınıb. Bu isə bahalı qaşlar üçün rekord qiymətdir.Mövcud olan çəhrayı brilliantlar arasında ən böyüyü, çəkisi 59,6 karat olan "Pink Star"ın ilkin satış qiyməti 60 milyon dollar idi.Alıcının adı açıqlanmır."Pink Star" ilk dəfə 2003-cü ildə nümayiş olunub, sonra 2 il cilalanıb. Brilliant 2007-ci ildən bəri fərdi kolleksiyadadır.İndiyədək rekord 24,78 karatlıq "Graff Pink" adlı çəhrayı brillianta məxsus idi. Bu brilliant 2010-cu ildə "Sotheby's" hərracında 46,2 milyon dollara satılmışdı.
Mənbə: Milli.Az