Üzən göydələnlər haqqında nə düşünürsünüz? Belə layihələr artıq çoxdan hazırlanır. SeaOrbiter layihəsi isə artıq reallaşmağa hazırlaşır. Milli.Az Day.Az-a istinadən bildirir ki, SeaOrbiter okeanın sirlərini öyrənmək üçün üzən elmi laboratoriya olacaq. Binanın ümumi uzunluğu 50-51 metr olacaq. Onun üçdə iki hissəsi suyun altına düşəcək. Suyun altına düşən hissədə tədqiqatçılar günlərlə heç bir diskomfort hiss etmədən çalışa bilərlər.
Mənbə: Milli.Az