Sabahdan etibarən Bakıdakı evlərdə istilik sistemləri işə düşəcək. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Day.Az saytına "Azəristiliktəchizat" ASC-nin abonentlərlə iş şöbəsinin müdiri Rafiq Əliyevbildirib.
"Noyabrın 15-dən etibarən yaşayış binaları istilik sisteminə qoşulacaq. Bəzi sosial obyektlər istilik sisteminə noyabrın 1-dən qoşulub. Bu uşaq evləri, səhiyyə müəssisələri və s. obyektlərdir", - o əlavə edib.
Mənbə: Milli.Az