Qadin.NET / Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi

Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi

 

Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi
Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində günorta proqramının döyüşləri başa çatıb. Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın 2 üzvü görüşlərini qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq. Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Boksçumuz ¼ finalda macarıstanlı Mate Çazçarı üstələyib - 3:0. Ü.Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq. Axşam proqramında isə daha 2 boksçumuz rinqə çıxacaq.

Mənbə: Trend.Az

13 noyabr 2013
GO BACK