Qadin.NET / Bakıda avtomobil yarışlarına hazırlıq başladı

Bakıda avtomobil yarışlarına hazırlıq başladı

Bakıda noyabr ayının 23-24-də keçirləcək "Baku World Challenge 2013" yarışının keçirilməsi üçün hazırlıqlar başlayıb. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər. Məlumata əsasən, hazırda Bayıl qəsəbəsi istiqamətində təhlükəsizlik məqsədi ilə yolların kənarlarına beton bəndlər qoyulur. Anolaji işlər Neftçilər prospektində də görüləcək. Beton bəndlər Azadlıq meydanından Bayıl qəsəbəsinə qədər yolların kənarına düzüləcək.

Mənbə: Milli.Az

13 noyabr 2013
GO BACK