Qadin.NET / Təhsil Nazirliyi 913 nəfərə yol açdı, yanvarda imtahandır

Təhsil Nazirliyi 913 nəfərə yol açdı, yanvarda imtahandır

Azərbaycan Nazirlər Kabineti 2013-2014-cü tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi-tədqiqat müəssisələrində doktorantura və dissertanturaya qəbulun aparılması üçün 913 plan yeri ayırıb. Təhsil Nazirliyindən Trend-ə bildiriblər ki, Nazirlər Kabineti nazirliyin sisteminə daxil olan ali təhsil və elmi-tədqiqat müəssisələrində doktorantura və dissertanturaya qəbul planını təsdiqləyib.Nazirlikdən bildirilib ki, TN sisteminə daxil olan elmi və elmi-pedaqoji kadr hazırlığı doktorantura və dissertantlıq yolu ilə iki proqram - fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400 yer (dövlət sifarişli 279 yer, ödənişli 121 yer), dissertantlıq yolu ilə hazırlıq üzrə 351 yer (dövlət sifarişli 254 yer, ödənişli 97 yer) ayrılıb.
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69 yer (dövlət sifarişli 68 yer, ödənişli 1 yer), dissertantlıq yolu ilə hazırlıq üzrə 93 yer (dövlət sifarişli 89 yer, ödənişli 4 yer) ayrılıb.Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilmiş layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti).
Nazirlikdən bildirilib ki, TN tərəfindən yeni təsdiqlənmiş qəbul olunmuş qəbul planı sabah ali məktəblərə göndəriləcək. sənəd qəbulu ali məktəblərin özləri tərəfindən müəyyən ediləcək. Ümumilikdə sənəd qəbulu və imtahanlar gələn il yanvarın 15-ə qədər yekunlaşmalı və bu barədə hesabatlar TN-yə təqdim edilməlidir.

Mənbə: Milli.Az

13 noyabr 2013
GO BACK