Qadin.NET / Azərbaycanda "JEK"lər ləğv olunacaq

Azərbaycanda "JEK"lər ləğv olunacaq

Gələn il Azərbaycanda “JEK”lər ləğv olunacaq Azərbaycanda Mənzil İstismar Sahələri (MİS-lər və ya "JEK"lər) ləğv olunur.Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, 2011-ci ildə son variantda qəbul olunan Mənzil Məcəlləsində də nəzərdə tutulduğu üçün bir qrup deputat qanunvericiliyin tələbinin icrası ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcək.Yeni Mənzil Məcəlləsində MİS-lərlə bağlı müddəa ləğv olunub və onların fəaliyyəti ilə bağlı heç bir əsas yoxdur. “JEK”lərin səlahiyyətinin əsas hissəsi yerli bələdiyyələrə, bir qismi isə icra hakimiyyətlərinin ərazi nümayəndəliklərinə həvalə olunur. Milli Məclisin bir sıra deputatı bununla bağlı hökumətə müraciət edərək, yeni ildən qanunvericiliyə əsasən, MİS-lərin ləğv olunmasını istəyəcəklər. Hazırda ölkədə 200-ə yaxın MİS var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir.Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, hazırkı Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir: “Çünki Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna görə də mövcud hüquqi baza əsasında Nazirlər Kabinetinin tək sərəncamı yetərlidir ki, bu qurumlar ləğv olunsun və səlahiyyətləri bələdiyyələrə keçsin. Çünki indiki qanunvericiliyə və mövcud quruluşa əsasən, MİS-lər izafi bir qurumdur. Bununla bağlı bir sıra deputatlarla yanaşı, mən də mövcud qanunun icrasına əsasən, bunun ləğvini istəmişəm”. 

Mənbəə: Milli.Az

13 noyabr 2013
GO BACK