Qlobal mobil telefon bazarında Android əməliyyat sistemi ilə çalışan qaxetlərin sayı sürətlə artır. Bu əməliyyat sistemi ilə işləyən smartfonların sayı artıq bazarda 80 faizlik paya malikdir.Milli.Az Gizmodo-ya istinadən bildirir ki, Apple korporasiyasının istehsalı olan iPhone-un bazar payı isə 14 faizlik səviyyədə qalıb."Strategy Analytics" şirkətinin apardığı araşdırmaya görə, ilin son rübündə 260 milyon smartfon istehsal olunub və bu telefonların 81,3 faizi Android-lə işləyir.Android-li smartfonların 39 faizi Samsung Galaxy S4-dür.Bu arada Windows Phone əməliyyat sistemi ilə çalışan smartfonların sayında da sürətli artım var. Daha konkret olsaq, yüksəliş 156 faizdir.iOS sistemi ilə çalışan smartfon, yəni iPhone-nin satışları 12,9 faizə düşüb.BlackBerry-yə gəldikdə isə, bu smartfonlar bazarda 1,7 faizlik paya malikdir.
Mənbə: Milli.Az