Qadin.NET / Uşağını əmizdirən anaya pul veriləcək

Uşağını əmizdirən anaya pul veriləcək

 

Britaniyada yeni ana olmuş qadınları övladlarını əmizdirməyə sövq etmək üçün yeni proqram başlanıb. Milli.Az AHT-yə istinadən bildirir ki, Britaniya Səhiyyə Nazirliyinin (NHS) qərarı ilə yeni ana olmuş qadınlar uşaqlarını 6 ay boyunca əmizdirsələr, 200 funt-sterlinq məbləğində hədiyyə qəbzi alacaqlar. Analar bu qəbzlərdən supermarket və ya butiklərdə istifadə edə bilərlər. Proqramın reallaşdırılması üçün pilot bölgələr qismində Cənubi Yorkşir və Derbişir qraflıqları seçilib. Bu bölgələrdə körpələrin ana südü ilə yemlənməsinin miqyası ölkədə ən aşağı səviyyədədir. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, mart ayına qədər ən azı 130 ananın bu proqrama qatılması gözlənilir.

 

Mənbə: Milli.Az
13 noyabr 2013
GO BACK