Azərbaycanlı gənclər Ukraynada uşaq evini ziyarət ediblər. Tədbir Ukrayna Azərbaycanlı Gənclər Birliynin (UAGB) Dnepropetrovsk Vilayət Təşkilatının təşəbbüsü ilə baş tutub.UAGB-dən Trend-ə verilən məlumata görə, görüşdə ukraynalı gənclər də iştirak ediblər. Gənclər Dnepropetrovsk şəhərində fəaliyyət göstərən 1 saylı Uşaq Evinin uşaqlarını hədiyyələrlə təbrik ediblər.Tədbirdə çıxış edən UAGB -nin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova bu cür aksiyaların təmsil etdiyi təşkilat tərəfindən mutamadi olaraq keçirildiyini vurğulayıb: "Siz bizim gələcəyimizsiniz və sizin üzünüzün gülüşü bizim sevincimizdir. Artıq 3 ildən çoxdur ki, biz sizinləyik. Hər zaman sizi sevindirmək bizim borcumuzdur. Siz tək deyilsiniz, sizinlə biz varıq".
Mənbə: Trend.Az