Qadin.NET / Maşını olmayan bakılılara xoş xəbər

Maşını olmayan bakılılara xoş xəbər

Bakı metrosunda qatarların vaxt intervalı daha da azaldılacaq. Milli.Az-ın məlumatına görə, bu barədə Day.Az saytına Bakı Metropoliteninin baş mühəndisi Etibar İsayev məlumat verib. Onun sözlərinə görə, qatarların vaxt intervalı günün saatlarına görə dəyişir. İnterval sərnişinlərin sayına görə dəyişir. "Həzi Aslanov" stansiyası "28 May" stansiyası arasındakı interval 2 dəqiqədir. "28 May"dan "İçərişəhər" və "Dərnəgül" istiqamətində isə interval 4 dəqiqədir. "Hazırda bizim məqsədimiz vaxt intervalını minimuma endirməkdir. Bu istiqamətdə müvafiq işlər görülür", - Etibar İsayev qeyd edib. 

Mənbə: Milli.Az

13 noyabr 2013
GO BACK