Qadin.NET / Ən böyük brilliant satıldı

Ən böyük brilliant satıldı

 

Dünyanın ən böyük, çəkisi 14,82 karat olan narıncı brilliantı 35,5 milyon dollara satılıb. Christie's hərrac evinin təşkil etdiyi hərrac İsveçrənin Cenevrə şəhərində keçirilib. Milli.Az European-a istinadən bildirilir ki, ilkin satış qiyməti 20 milyon dollar olan brilliantı alan şəxsin adı açıqlanmır. Bu brilliant Cənubi Afrikada tapılmışdı və son 30 ildə fərdi kolleksiyada saxlanılırdı. Brilliantı araşdırmış amerikalı ekspertlərin dediklərinə görə, bu brilliant unikaldır, çünki adətən narıncı rəngli brilliantlar cilalalanandan sonra 3-4 karatdan artıq olmur. İndiyədək hərraclarda satılmış ən böyük narıncı brilliant 6 karat idi. Bu günlərdə Britaniyanın Sotheby's hərrac evi Cenevrədə ilkin satış qiyməti 60 milyon dollardan artıq olacaq "Çəhrayı ulduz" brilliantını satışa çıxaracaq. Bu brilliantın çəkisi 59,6 karatdır.
Mənbə: Milli.Az
13 noyabr 2013
GO BACK