Azərbaycan prezidenti tərəfindən təsdiq edilmiş “2009-2013-cü illərdə ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda müasir tipli universitet şəhərciklərinin - kampusların yaradılması əksini tapıb. Bu barədə Lent.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Nazirlikdən verilən məlumata görə, qeyd olunan Dövlət Proqramına uyğun olaraq respublikanın bir necə ali təhsil müəssisəsi üçün, o cümlədən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Azərbaycan Diplomatik Akademiyası üçün kampuslar yaradılıb. Hazırda Bakı Ali Neft Məktəbinin kampusu inşa olunur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılmasının təşviqi nəzərdə tutulub.
Mənbə: Lent.Az