Zeyna adlı bu köpək yol kənarında tapılmışdı. Onu xils edənlər tapdıqlarının köpək cəsədi, yoxsa ölüm ayağındakı küçük olduğunu dəqiq bilmirdilər.Onu tapmasaydılar, çoxdan ölmüşdü.Milli.Az AHT-yə istinadən bildirir ki, ABŞ-ın Corciya ştatında tapılan bu küçüyə 1990-cı illərin məşhur "Döyüşçü şahzadə Zeyna" serialının baş qəhrəmanı Zeynanın adı verildi.Çünki sağ qalmaq, yaşamaq üçün savaşırdı.
Tapılanda 4 aylıq olan köpək Staffordşir teryer və pitbul cinslərinin qarışığı idi. Küçəyə atılmazdan əvvəl uzun müddət qəfəsdə olmuş, ac saxlanmışdı.Küçük nomral hala gələndə onun adına Facebook-da səhifə açıldı, ziyafət verildi.Zifayətə gələnlər arasında Hikki ailəsi də vardı.Zeyna 11 yaşlı Stiv Hikkini görəndə onun yanına qaçdı. Autizm xəstəsi olan Stivə zarafatla "Zeynanın xilaskarı" dedilər.Stivin atası da iti evə aparmağa qərar verdi.Aylar keçdi."Zeyna oğlumu xilas etdi. Oğlum xəstədir, adamayovuşmazdır. Amma Zeyna onu sanki yenidən həyata qaytardı", - Stivin atası Cerom Hikki deyir.
Mənbə: Milli.Az