Qadin.NET / Övladını qorumaq üçün ana nə etməz ki.

Övladını qorumaq üçün ana nə etməz ki.

 

Hirslənmiş erkək fili görəndə balaca balasını qorumağa çalışan ana onun qarşısını kəsib. Filin onu öldürə biləcəyini anlasa da, balasını xilas etmək istəyən ana geri çəkilməyib. Bala qaçıb, ana isə filin qəzəbinə tuş gəlib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə Namibiyanın paytaxtı Vindhukun yaxınlığındakı "Erindi Private Game Reserve"də yaşanıb. Hippopotamlar (onlara "begemot" da deyirik) nohurun kənarında su içirdilər. Erkək fil sahilə yaxınlaşdı və su içməyə başladı. Lakin sonradan o, sudan çıxan hippopotamları görəndə sinirləndi. Erkək fil bu heyvanların ona hücum etmək firkində olduqlarını düşünərək qəzəblənmişdi. Bu mənzərəni ixtisasca həkim olan, amma təbiət mənzərələrini çəkməyi çox sevən həvəskar fotoqraf Rian van Şalkvik çəkib. Erkək filinin balasına tərəf yeridiyini görən ana hippopotam irəli atılıb və balasını qorumağa çalışıb. Bu heyvanın çəkisi 1,5 ton olsa da, qəzəblənmiş fil xortumu ilə onu itələyərək asanlıqla yıxıb. Bala isə artıq qaçmışdı. Ana hippopotamı yıxandan sonra sakitləşən fil aralanıb.
Övladını qorumaq üçün ana nə etməz ki.

Övladını qorumaq üçün ana nə etməz ki.

Övladını qorumaq üçün ana nə etməz ki.
Mənbə: Milli.Az

12 noyabr 2013
GO BACK