Bakı şəhərində möhtəşəm sevgi etirafı olub. Milli.Az-ın məlumatına görə, gənc oğlan bu gecə sevgilisinin yaşadığı binanın həyətində hamının təəccübünə səbəb olan addım atıb. Oğlan sevgilisinin yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yeni istifadəyə verimiş binanın qarşısında qızıl gül ləçəklərindən böyük ürək şəkli çəkib, ürəyin içərisində isə “beni affet” sözləri yazıb. Həmçinin qızın yaşadığı mənzilə qədər qızıl gül ləçəkləri səpib, ətrafında isə şamlar yandırıb. Daha sonra sevgi aşiqi etirafına atəşfəşanlıqla son qoyub. Binanın həyətində böyük atəşfəşanlıq düzəldib. Binada yaşayan sakinlər sevgi etirafı edən şəxsin “BMW X6” idarə edən bir gənc olduğunu deyir. Həmin şəxs bu etirafı üçün 2000 manat pul xərclədiyini deyib.
Mənbə: Milli.Az