Dünyada sərnişinlərin rahatlığı üçün yeniliklər edilir. Belə yeniliklərdən biri artıq Rusiyada tətbiq olunur. Həmin ölkədə ilk dəfə ikimərtəbəli qatarlar istifadəyə verilib. Bu qatarın vaqonlarına iki dəfə artıq sərnişin yerləşir, həmçinin birmərtəbəli qatarlardan daha rahatdır. Azərbaycanda ikimərtəbəli qatarlardan istifadə oluna bilərmi? Məsələ ilə bağlı Dövlət Dəmiryolu İdarəsinin "Sərnişindaşıma" İstehsalat Birliyinin rəisi Elyar Muradov Milli.Az-a açıqlamasında bildirdi ki, Azərbaycana ikimərtəbəli qatarların gətirilməsinə ehtiyac yoxdur. Birlik sədrinin sözlərinə görə, hazırda birmərtəbəli yeni qatarlar gətirilib. Həmin qatarlar vasitəsilə sərnişinlər rahat daşınır.
Mənbə: Milli.Az