Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 2-7°, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacaq. Temperaturun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaq. Temperaturun gecə 5-9°, gündüz 12-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur. Temperatur gecə 4-8°, gündüz 9-14° isti, dağlarda gecə 0-4° , gündüz 4-8° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaq. Temperaturun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacaq, səhər dağlarda duman olacaq. Temperaturun gecə 8-11°, gündüz 12-16° isti, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əlverişlidir.
Mənbə: Milli.Az