48 yaşlı hindus Vicey Sinqhin unikal qabiliyyəti var. Anadangəlmə 12 barmaq olan Vicey kompüterdə 1 dəqiqədə 100-dən artıq söz yığa bilir. Lakin o, vətəni Hindistanda stenoqrafçı işi tapa bilmir.
Milli.Az Metro-ya istinadən bildirir ki, Vicey 50-dən artıq şirkətə üz tutsa da, hər yerdə ona rədd cavabı veriblər.
"Bütün şirkətlər gözəl qadınları işə götürmək istəyirlər. Zahiri görünüşündə qüsurlar olsa da, əsl peşəkar adamları kimsə işə götürmək istəmir", - Vicey Sinqh söyləyib.
Vicey Sinqh polidaktiliya xəstəsi olan insanlar arasında nadir hal sayıla biləcək bacarığa malikdir, çünki o, 12 barmağının hamısını əla idarə edir.
Vətənində iş tapa bilməyən Vicey Sinqh Britaniyaya yollanaraq orada bəxtini sınamaq qərarına gəlib.
Mənbə: Milli.Az