Qadin.NET / İstifadəçilər YouTube-a qarşı

İstifadəçilər YouTube-a qarşı

 

Sentyabrın sonunda YouTube şərhlər sistemində dəyişikliklər tətbiq etməyə başladı. 
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, yeni qaydalara görə, şərhlər relevantlığına görə yerləşdirilir, həmçinin videonu şərh etmək üçün istifadəçi öz YouTube akkauntunu Google+-dakı qeydiyyatı ilə əlaqələndirməlidir. 
Təxminən 87 min istifadəçi Change.org saytında petisiya yerləşdirərək Google-dan əvvəlki şərh sistemini qaytarmağı tələb edib.
CNN-in bildirdiyinə görə, petisiyada deyilir: "Google bizi Google+-da akkaunt yaratmağa vadar edir və anonim şərh yazmaq hüququmuzu əlimizdən alaraq sosial həyatımıza müdaxilə edir".
Mənbə: Milli.Az

 

11 noyabr 2013
GO BACK