Qadin.NET / Ronaldu və Messi olmayan yerdə: ilin ən gözəl qolunu kim vuracaq?

Ronaldu və Messi olmayan yerdə: ilin ən gözəl qolunu kim vuracaq?

Neymar, Zlatan İbrahimoviç, Di Natale Puşkaş mükafatına namizəddirlər.

Milli.Az Sports-a istinadən bildirir ki, FİFA-nın Ferens Puşkaş mükafatına namizədlərin siyahısı dərc olunub. İlin ən gözəl qol vuranları siyahısına aşağıdakılar daxil ediliblər: 
Peter Ankersen - 10 avqust 2013, Esbyerq - Orxus
Liza de Vanya - 1 iyun 2013, Skay Blyu - Boston Breykers
Antonio Di Natale - 7 aprel 2013, Udineze - Kyevo
Zlatan İbrahimoviç - 13 noyabr 2012, İsveç - İngiltərə
Panayotis Kone - 16 dekabr 2012, Napoli - Bolonya
Daniel Lyuduena - 27 iyul 2013, Paçuka - Tiqres
Nemanya Matiç - 13 yanvar 2013, Benfika - Portu
Luiza Nesib - 17 mart 2013, Lion - Sent-Etyen
Neymar - 15 iyun 2013, Braziliya - Yaponiya
Xuan Manuel Oliveyra - 28 avqusta 2013, Nautiko - Sport Resife
Səsvermənin birinci hissəsi dekabrın 9-dək keçiriləcək. Bundan sonra mükafatın əsas üç namizədi qalacaq. Hamıdan çox səs toplayan namizəd ikinci mərhələdə qalib olacaq. İkinci mərhələ yanvarın 13-dək keçiriləcək. Həmin gün Puşkaş mükafatının, "Qızıl Top"un və 2013-cü ilin digər mükafatlarının sahibləri elan ediləcək. 

Mənbə: Milli.Az

11 noyabr 2013
GO BACK