Tacikistanın Rudaki rayonu ərazisində ötən gün baş verən zəlzələ təlafatsız ötüşməyib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 104 yaşayış evi tamamilə dağılıb, 256-sı isə ziyan çəkib.
Ölən və yaralananların olub-olmaması barədə isə informasiya yoxdur.
Yeraltı təkanların əsası Rudaki rayonundan 21-26 kilometr aralıqda qeydə alınlıb. Hadisə baş verən zonada xüsusi komissiya işçiləri araşdırmalar aparırlar.
Xatırladaq ki, ötən gün saat 10:15-də qeydə alınan 5 ballıq zəlzələdən sonra 3 güclü təkan qeydə alınıb.
Mənbə: Milli.Az