Qadin.NET / Bakıda iPad Air neçəyədir?

Bakıda iPad Air neçəyədir?

Apple şirkətinin yeni məhsulu olan  iPad Air 4G planşetini artıq Bakıda da almaq olar. Milli.Az xəbər verir ki, Day.Az saytının əməkdaşı mağazalara zəng vuraraq həmin modelin qiymətləri ilə maraqlanıb. 
Məlum olub ki, Sim kart dəstəyi olan iPad Air 4G (16 Gb) planşetinin qiyməti 610 manatdır. Sim kart dəstəyi olan iPad Air 4G (32 Gb) planşetinin qiyməti isə 693 manatdır. 64 Gb yaddaşa malik eyni planşeti 775 manata, 128 Gb yaddaşa malik olanını isə 858 manata almaq olar. 
Sim kart dəstəyi olmayan iPad Air 4G (16 Gb) planşeti 462 manata satılır. Eyni planşetin 32 Gb yaddaşa malik olanı isə 544 manatadır. 

Mənbə: Milli.Az

11 noyabr 2013
GO BACK