Qadin.NET / "Apple" yeni sensor yaradır

"Apple" yeni sensor yaradır

"Apple" şirkəti gələn il buraxacağı yeni "iPhone"lar üçün ekranda ağır və ya yüngül toxunuşları ayırd edə biləcək yeni sensor yaratmağa çalışır.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeni "iPhone"ların əvvəlki modellərlə müqayisədə daha böyük və oval ekrana malik olacağı, möhkəm və asta toxunuşları ayıra biləcək şəkildə istehsal ediləcəyi təxmin olunur.
ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən "Apple" şirkəti 2014-cü ilin sentyabrında satışa çıxaracağı yeni "iPhone"lar barədə hələlik açıqlama verməkdən çəkinir.
Mənbə: Milli.Az

11 noyabr 2013
GO BACK