Qadin.NET / Məshəti Gəncəvinin 900 illik yubileyinə həsr olunan silsilə yarışlar davam edir

Məshəti Gəncəvinin 900 illik yubileyinə həsr olunan silsilə yarışlar davam edir

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında Məshəti Gəncəvinin 900 illik yubileyinə həsr olunan ayrı-ayrı idman növləri üzrə silsilə yarışlar davam edir.
Bu gün idman ocağında boks birinciliyinə start verilib. Açıq xarakter daşıyan turnirdə TİM-in dəri əlcək ustaları ilə yanaşı, Gəncənin əksər idman məktəblərinin təmsilçiləri də iştirak edirlər. 
Şəhərimizin boksçuları ilə eyni rinqi qonaq komandalardan Qəbələ, Ağdam və Kəlbəcər döyüşçüləri bölüşdürür. Bir yaş qrupunda reallaşan birincilikdə 120 iştirakçı mükafatlar uğrunda mübarizəyə qoşulub.
Yarış 19 çəki dərəcəsi üzrə keçirilir.
Mənbə: Milli.Az

11 noyabr 2013
GO BACK