Qadin.NET / Avropa ondan imtina edir

Avropa ondan imtina edir

Avropa Birliyinin Ukraynadakı nümayəndəliyi bildirib ki, AB-nin komissiyası üzv ölkələri yüngül plastik paketlərdən istifadədən çəkindirən qərar qəbul edib. 
Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu minvalla Brüssel ciddi ekoloji problemi həll etməyə çalışır. Hər il Avropada 8 milyon plastik paket zibilə çevrilərək ətraf mühitə düzəlməz ziyan vurur. 
Əgər hamı bu qərarı dəstəkləsə, o zaman Avropa ekoloji təmiz olmayan paketlərin ümumi istifadəsini 80%-dək azalda biləcək. 
Çox zaman plastik paketlərdən yalnız bir dəfə istifadə olunur, yalnız onlar təbiətdə 100 il müddətində dağılmadan qala bilir. 2010-cu ildə Avropa bazarlarına 98,6 milyard plastik paket çıxarılıb. Bu isə o deməkdir ki, AB ölkəsinin hər bir vətəndaşı il ərzində 198 belə paketdən istifadə edib.

Mənbə: Milli.Az

10 noyabr 2013
GO BACK