Qadin.NET / 4K formatlı planşet gəlir

4K formatlı planşet gəlir

Yaponiyanın Panasonic şirkəti yüksək təsvir ölçülü 4K formatlı ekrana (3840x2560 piksel) malik 20 düymlü Toughpad planşet kompüterinin nümayiş olunacaq tarixini açıqlayıb. Qiyməti təxminən 6 min dollar təşkil edəcək yeni qurğunun ABŞ-da 2014-cü ilin yanvarında satışa çıxarılması nəzərdə tutulur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Toughpad hələ ilin əvvəlində - yanvarda keçirilən CES 2013 sərgisində nümayiş olunub. Bu günlərdə Panasonic qurğunun ABŞ bazarı üçün nəzərdə tutulan versiyasının yüksək təsvir ölçülü maye-kristal ekran, 8 giqabaytlıq operativ yaddaş, 256 giqabayt tutumlu SSD toplayıcı və HD formatlı ön kamera ilə təchiz ediləcəyini elan edib.
Əsasını Intel Core i5 prosessorunun təşkil etdiyi planşet kompüter Windows 8.1 əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Qurğu videomontaj, tikinti, dizayn, fotoqrafiya və tibb sahəsində çalışan peşəkarlar üçün nəzərdə tutulan alət kimi qələmə verilir.
Çəkisi 2,5 kq təşkil edən planşet avtonom rejimdə 2 saata yaxın işləyir və onu portativ qurğu adlandırmaq düzgün olmaz. Məhz buna görə Panasonic qurğunu daşımaq üçün planşeti monoblok kompüterə çevirən çanta və altlıq almağı təklif edir.
Mənbə: Milli.Az
10 noyabr 2013
GO BACK