Qadin.NET / Dərisi gözəl olan qadının…

Dərisi gözəl olan qadının…

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, alimlər insan həyatının uzunluğunun onun dərisinin qocalma tempindən asılı olduğunu ehtimal edirlər. 
Həkim Devid Qann deyir ki, burada söhbət qırışlardan deyil, dərinin sallanmasından gedir. Məhz o, çox zaman gizli olan yüksək təzyiqdən xəbər verir. 
Beləliklə, tədqiqat ortaya çıxarıb ki, damar və ürək xəstəlikləri olmayan qadınlar öz həqiqi yaşlarından 2 il daha cavan görünürlər. Dərinin durumu ilə səhhətin səviyyəsi arasındakı uyğunluq 63 yaşı olan 514 adamın üzərində təcrübə aparılaraq müəyyən edilib. 
Yeri gəlmişkən, mütəxəssislər uzunömürlü ailələrdəki kişilərin öz yaşlarından 1,4 il daha cavan göründüklərini də deyirlər. Belə ailələrdəki həm qadınların, həm kişilərin qollarının yuxarı hissəsində daha az qırış olub. Alimlər cavan görünən insanların dərilərində nə baş verdiyini öyrənməyə çalışırlar. Bu minvalla uzunömürlülüyün sirrini tapmaq istəyirlər. 

Mənbə: Milli.Az

10 noyabr 2013
GO BACK