"Arsenal"ın azarkeşləri Robin van Persi üçün banner hazırlayıblar. Milli.Az Sports-a istinadən bildirir ki, London "Arsenal"ının azarkeşləri bu gün İngiltərə çempionatının 11-ci turu çərçivəsində "Mançester Yunayted"lə keçiriləcək qarşılaşmada Robin van Persiyə həsr olunmuş banner açacaqlar. Xatırladaq ki, Hollandiya millisinin hücumçusu "Topçular"ı 2012-ci ilin avqustunda tərk edərək "Şeytanlar"ın cəbhəsinə keçmiş, əvəzində 23 milyon funt almışdı. Van Persinin şəkli olan bannerdə yazılıb: "Mənim içimdəki balaca oğlan deyir ki: "Mən yalançıyam!""Bu ifadəni onlar futbolçunun "Yunayted"ə keçdiyi zaman verdiyi müsahibəyə aid ediblər. O zaman van Persi demişdi ki, transfer qərarını içindəki oğlanı dinlədikdən sonra verib.
Mənbə: Milli.Az