Qadin.NET / Azərbaycan idmançıları erməni rəqiblərini yerə çırpdılar

Azərbaycan idmançıları erməni rəqiblərini yerə çırpdılar

Bu gün Moskvada yunan-Roma güləşi üzrə  Avropa Millətləri Kubokunun son görüşləri keçirilir. Milli.Az azerisport.com-a istinadən bildirir ki, 5-ci yer uğrunda mübarizə aparan Azərbaycan komandası Ermənistan idmançılarını 5:2 hesabı ilə məğlub edib. Xatırladaq ki, qrup mərhələsində Azərbaycan Türkiyəyə 4:3 hesabı ilə qalib gəlmiş, sonra isə Rusiyaya 3:4 hesabı ilə məğlub olmuşdu. Kvalifikasiya xallarına görə qrupda 3-cü yeri tutmuşdu. Üçüncü yerə Bolqarıstanı məğlub edən Rusiya çıxıb (7:0). Finalda isə Türkiyə və Gürcüstan qarşılaşacaqlar.

Mənbə: Milli. Az

10 noyabr 2013
GO BACK