Qadin.NET / "Evə optika" layihəsinin başlanma tarixi açıqlandı

"Evə optika" layihəsinin başlanma tarixi açıqlandı

Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin ("Evə optika") həyata keçirilməsinə 2014-cü ildə başlanılacaq. Bunu cümə günü Trend-ə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, layihə 2014-2016-cı illəri əhatə edəcək.
Qeyd edək ki, layihənin yekun məqsədi ucqar yaşayış məntəqələri daxil olmaqla ölkənin bütün ərazisini 10-100 Mbit/saniyə civarında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ildə dünyanın bu sahədə inkişaf etmiş ölkələri sırasına çıxmağa imkan verəcək.
Mənbə: Milli.Az

10 noyabr 2013
GO BACK