Qadin.NET / "Azərbaycanın elektron imzalı sənədi bütün dünyada tanınır"

"Azərbaycanın elektron imzalı sənədi bütün dünyada tanınır"

Azərbaycanın elektron rəqəmli imzası (ERİ) ilə təsdiqlənmiş sənəd dünyanın bütün ölkələri tərəfindən tanınır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda tətbiq edilən elektron imza dünya standartlarına tam cavab verir: "Onun ayrı-ayrı ölkələr tərəfindən tanınması məsələsinə müəyyən aspektlər üzrə baxıla bilər ki, bu da Azərbaycanın bu sahədəki qanunvericiliyində şərtləndirilib. Bu gün bir çox Avropa ölkələri öz aralarında elektron imzaları tanıyırlar".
E.Vəlizadənin sözlərinə görə, Azərbaycanın elektron imzası dünya standartlarına tamamilə uyğundur və bu gün bütün ölkələr tərəfindən tanınır:
"Beləliklə, istənilən vətəndaş istənilən ölkəyə elektron imza ilə təsdiqlənmiş sənəd göndərə bilər və bu sənəd orada tanınacaq".
Mənbə: Milli.Az

10 noyabr 2013
GO BACK