Qadin.NET / Babalı arvadın boynuna… - MÜZAKİRƏ

Babalı arvadın boynuna… - MÜZAKİRƏ

Amerikalı tədqiqatçılar deyirlər ki, ailədəki "ab-havaya" qadınlar cavabdehdirlər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların tədqiqatlarına görə, məhz ev sahibəsi ailədə sülhün qorunmasında böyük rol oynayır. 
Yəni istənilən mübahisə və davadan sonra ilk olaraq qadının sakitləşməsi vacibdir. 
Hirs, qəzəb kimi hisslər, qarğışlar ailə üçün çox təhlükəlidir. Ancaq ailədəki xanımlar vaxtında sakitləşməyi bacarırlarsa, onların nikahı daha uzunömürlü olur. 
Ekspertlər cütlüklərin davalarının videoyazılarını izləyərək müşahidə aparıblar. Məlum olub ki, qadınların daha tez sakitləşdiyi ailələr daha xoşbəxt olurlar. 
Bəs, sizcə, necədir? Evin "ab-havasını" tək qadının üstünə atmaq doğrudurmu? Kişi daim tufan qoparırsa, qadın günəş kimi saçmalıdırmı? 

Mənbə: Milli.Az

10 noyabr 2013
GO BACK