Qadin.NET / iPad Air-in istehsal dəyəri azalıb

iPad Air-in istehsal dəyəri azalıb

 

Apple şirkəti iPad planşet kompüterinin son versiyası üçün istehsal xərclərini azaldıb. Belə ki, ABŞ-da qurğunun baza versiyasının qiyməti 499 dollardan başlayır, şirkətə isə bu planşetin istehsalı 274 dollara başa gəlir ki, bu da istehsal dəyəri 316 dollar təşkil edən iPad 4 Retina modelindən 13 faiz ucuzdur. iPad modelinin üçüncü versiyasının istehsal qiyməti də təxminən eynidir. Bu barədə IHS iSuppli analitik şirkətinin mütəxəssisləri məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple rəsmən iPadin maya dəyəri haqqında məlumatları şərh etməsə də, ötən rübün yekunlarına həsr olunan təqdimat zamanı şirkətin maliyyə direktoru Piter Oppenhaymer bildirib ki, Apple məhsul buraxılışına xərcləri azaltmaq üzərində fəal iş aparır.
iPad Airin maya dəyəri və pərakəndə satış qiyməti arasında fərq aydın sezilir. Bu xüsusilə böyük həcmli yaddaşa malik olan qurğulara aiddir. Belə ki, 32 giqabaytlıq baza versiyasının qiyməti 16 giqabaytlığın qiymətindən cəmi 8,40 dollar baha olsa da, pərakəndə satışda bu fərq 100 dollar təşkil edir.
Analitiklər qeyd edirlər ki, maya dəyərinin azaldılması ilə paralel istehlakçılar da getdikcə daha çox ucuz qurğulara meyil göstərir və məhz buna görə Apple onların qiymətini aşağı salır. Məsələn, bir il əvvəl iyul-sentyabrda satılan iPadin orta qiyməti 508 dollar olduğu halda hazırda əvvəlki nəsil iPad Mini və iPad modellərinə tələbat sayəsində 439 dollaradək azalıb, - deyə analitiklər vurğulayır.
Mənbə: Milli.Az
10 noyabr 2013
GO BACK